Fransa ilə oyuna hazırıq - Azərbaycan millisinin futbolçusu

20:45 15.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Fransa ilə oyuna hazırıq".

Hafta.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bakıda Fransa yığmasına qarşı oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, seçmə mərhələnin son matçını uğurla başa vurmaq istədiklərini bildirib:

“Çətin oyun olacaq. Kilian Mbappe zədə səbəbindən bizə qarşı oynamasa belə, rəqibin heyətində başqa keyfiyyətli futbolçular var. Azarkeşlərimiz bizi tək qoymayacaq. Onlara indidən təşəkkür edirəm”.

Qeyd edək ki, Azərbaycan - Fransa matçı noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:00-da başlayacaq.